Şrift:
ÜST-ün baş direktoru: 110-dan çox ölkə peyvənd hədəfimizdən geri qalır
15.02.2022 [09:10] - Gündəm, Sağlıq
Hazırda dünyanın 116 ölkəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2022-ci ilin ortalarına qədər hər bir ölkədə əhalinin ən azı 70 faizinin peyvənd edilməsi məqsədinə çata bilmir.

TASS-a istinadən xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“Hazırda 116 ölkə əhalinin 70 faizinin peyvənd etmək kimi hədəfimizdən geri qalır”,- deyə Qebreyesus bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri vurğulayıb ki, bəzi ölkələrdə əhalinin peyvəndə əlçatanlığının aşağı olması koronavirusun digər variantlarının yayılmasına səbəb olur.

Qebreyesus bəşəriyyətin bu il pandemiyanı nəzarət altına ala biləcəyini söyləyib.
Bu xəbər oxucular tərəfindən 1104 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed