Şrift:
Norveç hökuməti Litvada yerləşən hərbi kontingentini gücləndirmək niyyətindədir
16.02.2022 [10:33] - Xəbərlər, Sosial
Norveç hökuməti Litvada mövcud hərbi kontingentini gücləndirmək niyyətindədir.

Müvafiq qərar haqqında məlumat Norveç Hökumətinin saytında yerləşdirilib.

Norveçin müdafiə naziri Odd Roger Enoksenin sözlərinə görə, yeni qərarla NATO kontingentinin tərkibində əlavə qüvvələr Litvaya göndərilir və bununla da Baltikyanı ölkələrdə müttəfiq hərbi qüvvələrinin gücü artırılacaq. Bununla da Alyans öz tərəfdaşları ilə bir daha həmrəylik nümayiş etdirəcək. Odd Rocer Enoksen qeyd edib ki, o, Litvada mövcud kontingentin gücləndirilməsini, hazırki vəziyyəti nəzərə alaraq düzgün qərar hesab edir.

Nazir qeyd edib ki, Norveç bu məqsədlər üçün NATO-nun Litvada müxtəlif ölkələrindən olan 1000-dən çox əsgərdən ibarət mövcud kontingentə dərhal, əlavə olaraq 50-60 hərbiçi göndərəcək.

Qeyd edək ki, 2017-ci ildən Litvada NATO-nun öncül reaksiya hərbi qüvvələri yerləşdirilib.
Bu xəbər oxucular tərəfindən 299 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed