Şrift:
Rusiyada koronavirusun yayılma sürəti azalıb
17.02.2022 [09:51] - Gündəm, Sağlıq
Rusiyada koronavirusun yayılma sürəti azalıb.

Bu barədə Rusiya İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) rəhbəri Anna Popova məlumat verib.

O deyib ki, ölkədə iki həftə ərzində yoluxma sürəti zəifləyib. Buna baxmayaraq, gündəlik yoluxma sayı kifayət qədər yüksəkdir və bu, Rusiya tibb sistemində gərginliyə səbəb olur.

A.Popovanın sözlərinə görə, xəstələrin 72,5 faizində “omikron” ştamı aşkar edilib. Yoluxanların yalnız 3 faizə yaxınında pnevmoniya müşahidə olunur.

Rusiyada bütün dövr ərzində 14 milyon 659 min 880 COVİD-19 xəstəsi qeydə alınıb, 342 min 383 nəfər koronavirusdan dünyasını dəyişib.
Bu xəbər oxucular tərəfindən 1460 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed