Şrift:
Azərbaycan Texnologiya Universitetinin 3 tələbəsi təhsilini Avropada davam etdirəcək
18.02.2022 [10:38] - Gündəm, Sosial
Azərbaycan Texnologiya Universitetinin 3 tələbəsi Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində Almaniya, Rumıniya və Polşa universitetlərində bir semestr müddətində təhsilini davam etdirmək imkanı qazanıb. Tələbələr 2021/2022-ci tədris ilinin yaz semestrində təhsilə həmin universitetlərdə davam edəcəklər.

Universitetdən verilən məlumata görə, rektor, professor Akif Süleymanov həmin tələbələrlə görüşərək onları bu uğur münasibətilə təbrik edib və tövsiyələrini verib. Rektor tələbələrə təhsillərində müvəffəqiyyətlər arzulayıb və bu kimi proqramlarda iştirakın əhəmiyyətindən bəhs edib. O, beynəlxalq mübadilə proqramlarının gənclərin elmə, müasir texnologiyalara və qabaqcıl biliklərə yiyələnməsində vacib rol oynadığını və əldə edilən bilik və bacarıqların ölkəmizin inkişafı üçün zəruri olduğunu vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Texnologiya Universiteti hazırda Erasmus+ mübadilə proqramı çərçivəsində Avropanın İspaniya, Almaniya, Rumıniya, Slovakiya, Polşa və digər ölkələrinin çoxsaylı universitetləri ilə sıx əməkdaşlıq edir.

Almaniya, Rumıniya və Polşada təhsil alacaq həmin tələbələrin bütün xərcləri Erasmus+ proqramı çərçivəsində Avropa İttifaqı tərəfindən qarşılanır.
Bu xəbər oxucular tərəfindən 273 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed