Şrift:
Dünyada ötən sutka ərzində 1 milyon 258 minə yaxın insan koronavirusa yoluxub
22.02.2022 [10:00] - Gündəm, Sağlıq
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 1 milyon 258 min nəfərə yaxın olu

Pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 1 milyon 257 min 914 nəfər yeni koronavirusa yoluxub, 6 min 395 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 426 milyon 258 min 832, ölənlər isə 5 milyon 909 min 263 nəfərə çatıb.

Ötən sutka ərzində virusa ən çox yoluxma halı (152 min 337 nəfər) və bu xəstəlikdən ölüm faktı (735 nəfər) Rusiyada qeydə alınıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (80,1 milyon), Hindistan (42,8 milyon), Braziliya (28,2 milyon), Fransa (22,3 milyon), Böyük Britaniya (18,6 milyon), Rusiya (15,5 milyon), Almaniya (13,7 milyon) və Türkiyədə (13,5 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST 2020-ci il martın 11-də koronavirusu pandemiya elan edib.
Bu xəbər oxucular tərəfindən 1459 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed