Şrift:
Litva Ukraynadan olan qaçqınlar üçün sadələşdirilmiş miqrasiya prosedurları tətbiq edir
02.03.2022 [09:08] - Gündəm, Sağlıq
Biz Ukraynadan olan qaçqınların Litvada yaşamaları və işləmələri üçün lazım olan sənədləri əldə edə bilmələri və digər zəruri xidmətlərdən heç bir hüquqi maneə olmadan yararlanmaları üçün hər cür şərait yaradacağıq.

Bu sözləri Litvanın daxili işlər naziri Aqne Bilotayte deyib.

Bildirilib ki, vizasız rejimdən istifadə edən və ya Şengen vizası olan, habelə humanitar səbəblərə görə Litvada milli viza və ya müvəqqəti yaşamaq icazəsi almış Ukrayna vətəndaşları da işləmək hüququ əldə edəcək və iş üçün icazə almaqdan azad olunacaqlar.

Qeyd edilib ki, Litvada işləmək məqsədilə bu ölkədə müvəqqəti yaşamağa dair ərizə təqdim etdikdən sonra onlar Məşğulluq Xidmətindən əcnəbinin işinin bu ölkənin əmək bazarının ehtiyaclarına uyğunluğu barədə icazə almaq öhdəliyindən azad ediləcək və dərhal işə başlaya biləcəklər. Həmçinin də Litvada sığınacaq üçün ərizə təqdim etmiş Ukrayna vətəndaşları da işləmək hüququ qazanacaqlar.

Vurğulanıb ki, Ukraynadan olan qaçqınların, həmçinin lazımi tibbi yardım və digər zəruri şəxsi sağlamlıq xidmətlərindən yararlanmaq hüququ təmin ediləcək.
Bu xəbər oxucular tərəfindən 1765 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed