Şrift:
İtaliyaya indiyədək 21 mindən çox Ukrayna vətəndaşı gəlib
09.03.2022 [09:18] - Gündəm, Sosial
Rusiya-Ukrayna gərginliyi fonunda bu vaxtadək İtaliya ərazisinə 21 mindən çox ukraynalı daxil olub

İtaliyaya ümumilikdə 21 min 95 Ukrayna vətəndaşı sığınıb. Onlardan 10 min 553-ü qadın, 1989-u kişi və 8553-ü azyaşlıdır. Əsas təyinat şəhərləri Roma, Milan, Neapol və Bolonya olub. Son sutka ərzində isə 4 min ukraynalı İtaliyaya gəlib.

Qeyd edək ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 2 milyondan çox ukraynalının ölkəni tərk etmək məcburiyyətində qaldığını açıqlayıb.
Bu xəbər oxucular tərəfindən 443 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed