Şrift:
Gürcüstanın Marneuli rayonunda azərbaycanlı ailəyə basqın edərək ər və arvadı öldürən şəxs yaxalanıb
08.01.2013 [16:55] - Gündəm, Borçalı
Bu il yanvarın 1-də Gürcüstanın Marneuli rayonunun Algeti kənd sakini Ramiz Dövrüşovu, onun həyat yoldaşı Cəvahiri öldürən və onların oğlu Vəlini isə yaralayan şəxs yaxalanıb.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Yaxalanın şəxs Dövrüşovların qonşusu, 1978-ci il təvəllüdlü Ramiq Əbdürrəhmanovdur. O, Marneuli rayon Xəstəxanasında müalicə olunan Vəli Dövrüşovu da öldürmək üçün xəstəxanaya gedərkən saxlanılıb. Xəstəxananın yaxınlığında saxlanılan R. Əbdürrəhmanovun üzərində “Valter” tapançası və əl qumbarası aşkarlanıb. O, polisə ilkin ifadəsində cinayəti qısqanclıq zəminində törətdiyini bildirib. N. Əbdürrəhmanovu 16 ildən 20 ilə qədər və ya ömürboyu həbs cəzası gözləyir.

Qeyd edək ki, 1989-cu il təvəllüdlü V. Dövrüşov hadisədən sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və hazırda reanimasiya şöbəsində müalicə olunur.
Bu xəbər oxucular tərəfindən 1476 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed