Şrift:
Urmu zindanında məhkumlara qarşı zorakılıq halları artıb
26.03.2022 [10:08] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məktubda Urmu zindanının yeni açılmış təhlükəsizlik bölməsində saxlanılan məhkumların bir çox hüquqlardan məhrum edildiyi, onların 24 saat ciddi nəzarət altında saxlanıdığı vurğulanır.

Bildirilir ki, 50 siyasi məhkumun saxlanıldığı bölmədə normal havalandırma sistemi, məhkumların gigiyena qaydalarına əməl etməsi üçün şərait yoxdur. Məhkumlar məzuniyyətə buraxılmır, ailələri ilə görüşə icazə verilmir.

İnsan haqları təşkilatları qeyd edirlər ki, müxtəlif xəstəliklərə yoluxan məhkumların duruma etirazlarına ən sərt şəkildə reaksiya göstərilir, etirazçılar təkadamlıq kameralara salınır.

Məktub Urmu zindanında məhkumluq dövrü yaşayan və son vaxtlar cəzası bitdiyi üçün oradan buraxılan şəxslərin verdikləri məlumatlar əsasında hazırlanıb.

Qeyd edək ki, bundan öncə fevralın əvvəllərində Urmu zindanında saxlanılan siyasi məhbuslara qarşı amansız davranış barədə məlumatlar yayılıb.

İnsan haqları təşkilatlarına bağlı qaynaqların verdiyi məlumata görə, fevral ayının ilk günlərində Hamid Qaraoğlani və başqa azərbaycanlı məhkum Fərzad Samani zindan məsullarının basqıları ilə qarşılaşb, barələrində daha sərt cəza tədbirləri tətbiq edilib.

Adı çəkilən iki azərbaycanlı məhbus bundan öncə yanvarın 10-da Urmu zindanın siyasi dustaqlar saxlanılan bölməsində bir neçə başqa məhkumla birgə məmurlar tərəfindən döyüldükdən sonra başqa bölməyə köçürülmüşdülər
Bu xəbər oxucular tərəfindən 1212 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed