29.03.2022 [09:47] - Gündəm, Sağlıq
Bolqarıstanın Asenovqrad şəhəri yaxınlığındakı Plovdiv bölgəsindəki quşçuluq fermasında yüksək patogenli quş qripinin növbəti epidemiyası qeydə alınıb
TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
180 minə yaxın toyuq olan quşçuluq fermasında yüksək patogenli A tipli virusun törətdiyi xəstəlik tapılıb. 2019-cu ildən indiyədək bu təsərrüfatda xəstəliyin üçüncü epidemiyası aşkarlanıb.
Xəstəliyin mənbəyindən 10 km radiusda profilaktik və karantin tədbirləri həyata keçirilir, baytarlıq nəzarəti gücləndirilib. İnfeksiya səbəbi ilə bağlı araşdırma aparılır.

Bu xəbər oxucular tərəfindən 3545 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |