Şrift:
Rafael Utziq “Qəbələ”də 50-ci oyununu keçirib
05.04.2022 [09:37] - Gündəm, İdman
Rafael Utziq “Qəbələ”də 50-ci oyununu keçirib.

Braziliyalı hücumçunun yubileyi Premyer Liqanın XXI turuna təsadüf edib. “Keşlə” ilə ev matçı (1:1) 26 yaşlı legioner üçün əlamətdar olub.

2020-ci ilin yayından “qırmızı-qara” formanı geyinən futbolçu bu müddətdə 10 qol vurub. O, Premyer Liqada 45, Azərbaycan kubokunda 5 dəfə şans qazanıb. Cənubi amerikalı bütün qollarına çempionatda imza atıb.

Xatırladaq ki, R.Utziq klub tarixinə 50 və daha çox oyun keçirən 51-ci futbolçu kimi düşüb.
Bu xəbər oxucular tərəfindən 720 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed