Şrift:
Marin Le Pen: Fransa ilk qadın prezidentini qarşılamağa hazırdır
08.04.2022 [09:44] - Xəbərlər, Sosial
Fransanın “Milli birlik” partiyasından prezidentliyə namizəd, 53 yaşlı Marin Le Pen seçiləcəyi təqdirdə ölkəsinin qadın lideri qəbul edəcəyindən və onu qarşılamağa hazır olduğundan əminliyini ifadə edib. Onun sözlərinə görə, bu, Fransa tarixində mühüm hadisə olacaq.

TASS agentliyinə istinadla xəbər verir ki, Marin Le Pen prezidentliyə seçkilər uğrunda namizədlər arasında liderlərdən biridir.

O, seçkiqabağı görüşlərinin birində 77 il əvvəl, 1945-ci ilin aprelində fransız qadınlarının ilk dəfə bələdiyyə seçkilərində səsvermə hüququ əldə etdiyini xatırladıb. O zamandan heç nəyin dəyişmədiyini qeyd edən namizəd Fransanın tarixində qadın prezidentin heç olmadığını bildirib.

Qeyd edək ki, Le Pendən başqa prezident seçkilərində daha 3 qadın namizəd mübarizə aparır.

Bunlardan biri Sosialist Partiyasından namizəd olan Paris şəhərinin meri Ann Hidalqo, “Fəhlə mübarizəsi” Partiyasının lideri, müəllimə Natali Artaud və “Respublikaçılar” Partiyasının təmsilçisi, İl-de-Frans regional şurasının sədri Valeri Pekressdir.

Fransada prezident seçkiləri iki turda - aprelin 10-da və 24-də keçiriləcək. Konstitusiya Şurası hazırkı prezident Emmanuel Makron da daxil olmaqla ümumilikdə 12 namizədi qeydiyyatdan keçirib.

Rəy sorğularına əsasən, hələlik ilk turda 27 faiz səslə Makron birinci sıradadır. İkinci yerdə “Milli birlik” partiyasından prezidentliyə namizəd 23,5 faiz səslə Marin Le Pen qərarlaşıb. “Təslim olmayan Fransa” solçuluq hərəkatının əsasını qoyan Jan-Lyuk Melenşon isə 17,5 faiz səslı üçünü yerdədir.
Bu xəbər oxucular tərəfindən 728 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed