Şrift:
Kərim Benzema həftənin ən yaxşı futbolçusu seçilib
08.04.2022 [10:00] - Gündəm, İdman
UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusunun adı açıqlanıb.

UEFA-nın saytına istinadla xəbər verir ki, bu ada İspaniya "Real Madrid"inin hücumçusu Kərim Benzema layiq görülüb.

Otuz beş yaşlı fransalı forvard səsvermədə İspaniyanın "Vilyarreal" klubunun futbolçusu Covani Lo Çelsonu, İngiltərənin "Liverpul" klubundan Luis Diası və "Mançester Siti"dən Kevin De Brüyneni geridə qoyub.

Qeyd edək ki, Kərim Benzema "Real Madrid"in İngiltərədə "Çelsi"yə 3:1 hesabı ilə qalib gəldiyi matçda het-trik edib.
Bu xəbər oxucular tərəfindən 1029 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed