Şrift:
Vakant inzibati vəzifələr üzrə ümumi müsahibədə iştirak etmək üçün 60 namizəd qeydiyyatdan keçib
11.04.2022 [10:42] - Gündəm, Sosial
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün aprelin 4-də elan olunmuş ümumi müsahibəyə qeydiyyat davam edir.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları daxil olmaqla müsahibəyə çıxarılan vəzifələrin 16-sı dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 30-u B növünə (inzibati icraçı) aiddir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər mayın 4-ü saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Bu gün saat 10:20-yə olan məlumata görə, ümumi müsahibədə iştirak etmək üçün 60 namizəd qeydiyyatdan keçib.

Qeyd edək ki, ümumi müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifələr Ekologiya və Təbii Sərvətlər Nazirliyi (25 vəzifə) tərəfindən təqdim olunub. Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifə inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət şöbəsinin müdir müavini və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini vəzifələridir. Ümumilikdə ümumi müsahibəyə çıxarılmış 46 vakant vəzifənin 4-ü inzibati vəzifələrin dördüncü təsnifatına, 23-ü beşinci təsnifatına, 11-i altıncı təsnifatına, 8-i yeddinci təsnifatına aiddir.
Bu xəbər oxucular tərəfindən 691 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed