Şrift:
Nyu-York metrosunda atəş açılması nəticəsində 29 nəfər xəstəxanaya yerləşdirilib
13.04.2022 [09:18] - Gündəm, Hadisə
Nyu-Yorkun Bruklin rayonunda metronun “36th Street” stansiyasında atəş açılması nəticəsində azı 29 nəfər xəstəxanaya yerləşdirilib. Bu barədə CNN yerli xəstəxanalara istinadla məlumat yayıb.

TASS informasiya agentliyinə istinadla xəbər verir ki, odlu silah yarası olan və tüstüdən zəhərlənmiş 21 nəfər hadisə yerinin yaxınlığında yerləşən “NYU Langone” xəstəxanasına çatdırılıb. Onlardan 10 nəfəri xəstəxanadan evə buraxılıb. Yerdə qalanların sağlamlığına və həyatına heç bir təhlükə yoxdur.

Hadisə yerində olanlardan beş nəfər isə yaxınlıqdakı “Maimonides” tibb mərkəzinə aparılıb. Onlardan 3-ü evə buraxılıb. Daha üç nəfər isə “New York – Presbyterian” xəstəxanasına aparılıb.

Hüquq-mühafizə orqanları şübhəli bilinən şəxsi – boz sviter və parlaq tikinti jiletində olan qaradərili kişini axtarırlar. Polis hadisəni hələ ki, terror adlandırmır, lakin hər hansı versiyanı da istisna etmir.

CNN-in məlumatına görə, ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları Nyu-York metrosunda atəş açan naməlum şəxslə əlaqəli olduğu güman edilən yük furqonu aşkar ediblər. Avtomobilin nömrəsi Arizonaya aiddir.

Hadisə yerində, həmçinin yük maşınını bron etmək üçün istifadə olunan kredit kartı tapılıb. Bu, hüquq-mühafizə orqanlarına şübhəli şəxsin kimliyini müəyyənləşdirməyə imkan yaradıb, lakin onun adı hələ açıqlanmır.
Bu xəbər oxucular tərəfindən 3071 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed