Şrift:
UEFA Konfrans Liqası: "Lester Siti" yarımfinala vəsiqə qazanıb
15.04.2022 [10:16] - Gündəm, İdman
Aprelin 14-də futbol üzrə UEFA Konfrans Liqasında dörddəbir final mərhələsinin cavab oyunlarına start ver

Gecənin ilk matçında İngiltərənin "Lester Siti" klubu Niderlandda PSV ilə qarşılaşıb. Rəqibini 2:1 hesabı ilə məğlub edən qonaqlar yarımfinala adlayıblar.

Hesabı 27-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Eran Zahavi açıb. Matçın 77-ci dəqiqəsində Ceyms Meddison tarazlığı bərpa edib. Qarşılaşmanın 88-ci dəqiqəsində isə Rikardu Pereyra "Lester Siti"ə qələbə qazandırıb. İngiltərədəki ilk görüşdə hesab açılmamışdı.

"Lester Siti" yarımfinalda "Budyo-Qlimt" (Norveç) - "Roma" (İtaliya) cütünün qalibi ilə qarşılaşacaq. Bu mərhələnin oyunları aprelin 28-də və mayın 5-də keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 806 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed