15.04.2022 [10:25] - Gündəm, Borçalı
Gürcüstanın Marneuli şəhərində Azərbaycan dilli məktəblilər arasında bilik yarışması keçirilib. Yarşımada Marneuli rayonunun Candar kənd, Qasımlı kənd, Qızılhacılı kənd 1 saylı, Alget kəndinin 1 saylı mkətəblərinin, “Çay Evi” komandasının və “Modus” Dövlət Kollecinin məktəbliləri bilik və bacarıqlarını sınayıblar.
İnkişaf və Təhsil Mərkəzinin direktoru Emin Əhmədov müsahibəsində deyib ki, İnkişaf və Təhsil Mərkəzinin və “Modus” kollecinin birgə təşkil etdiyi bilik yarışması Gürcüstanda ənənəvi olaraq hər il qeyd olunan Ana dili Gününə həsr olunub.
“Modus” kollecinin məsul əməkdaşı Nino Mtvarelidze, təhsil mərkəzinin direktoru Emin Əhmədov çıxış edərək 14 Aprel - Ana Dili Günü barədə məlumat verib, bu cür tədbirlərin məktəblilərin bilik və bacarıqlarının, eləcə də onların Ana dili və dövlət dilinə marağının artırılmasında mühüm rol oynadığını bildiriblər.
E.Əhmədov bildirib ki, bu cür yarışlar gələcəkdə də təşkil olunacaq.
Sonda qaliblər müəyyən olunub.

Bu xəbər oxucular tərəfindən 24445 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |