Şrift:
Sudanda tayfalar arasında baş verən toqquşmalarda 170 nəfər həlak olub
27.04.2022 [10:32] - Gündəm, Hadisə
Sudanın qərbindəki Darfur bölgəsində tayfalar arasında baş verən toqquşmalarda daha 170 nəfər həlak olub.

Yerli KİV-lərin məlumatına görə, qarşıdurmalar səbəbindən Darfurda minlərlə insan evlərini tərk edib. BMT Darfurda dinc əhalinin öldürülməsini pisləyib və Sudan hakimiyyətini zorakılıqlarla bağlı şəffaf araşdırma aparmağa çağırıb. Bildirilir ki, əhalinin ərzağa və içməli suya ehtiyacı var. Bu bölgəyə əlavə ordu hissələri yerləşdirən Sudan hakimiyyətinin səylərinə baxmayaraq, zorakılıq getdikcə artır. Sudandakı qəbilə münaqişələri ölkədə hərtərəfli sülhə nail olmaq üçün əsas maneələrdən biri olaraq qalır.

BMT-nin məlumatına görə, 2003-cü ildən bəri Darfurda hökumət qüvvələri ilə üsyançılar arasında baş verən qarşıdurmada 300 mindən çox insan həlak olub və üç milyona yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Bu xəbər oxucular tərəfindən 2893 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed