Şrift:
Vasif Durarbəyli “Kapablanka memorialı”nda növbəti heç-heçəyə imza atıb
27.04.2022 [10:36] - Gündəm, İdman
Kubanın paytaxtı Havanada sayca 55-ci dəfə təşkil edilən şahmat üzrə ənənəvi “Kapablanka memorialı” davam edir.

Yarışın əsas turnirində iştirak edən qrosmeysterimiz Vasif Durarbəyli 6-cı turda yerli idmançı İsan Reynaldo Ortız Suarez ilə heç-heçə edib. Ötən 6 turun nəticəsinə görə, şahmatçımız 3,5 xalla 4-cü yeri tutur.

Qeyd edək ki, turnirdə Kuba və Azərbaycanla yanaşı, ABŞ, Argentina, Hindistan və Türkiyədən 10 şahmatçı iştirak edir.
Bu xəbər oxucular tərəfindən 1784 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed