04.05.2022 [10:35] - Xəbərlər, Mədəniyyət
Son illər Azərbaycanda yeni məktəblərin tikilməsi, təhsil infrastrukturunun yenilənməsi, əsaslı təmir edilməsi istiqamətində ciddi işlər görülür. Prezident İlham Əliyevin hər zaman xüsusi həssaslıqla, qayğı ilə yanaşdığı və diqqətdə saxladığı sahələrdən biri də təhsildir. Dövlətimizin başçısı hər zaman bildirir ki, inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salanda həmin ölkələrin və xalqların uğurlu gələcəyini təmin edən başlıca faktorun malik olduqları təbii resurslar deyil, məhz təhsil, elm və texnologiyaların səviyyəsi ilə müəyyənləşdiyi aydın görünür. Təhsilə qoyulan investisiyaları artırmaqla biz təhsil və elmtutumlu ölkələrin nail olduğu yeni texnologiyaları əldə etmək, elmi innovasiyalar və inkişaf etmiş təhsilə söykənən rəqəmsal və biliklər iqtisadiyyatı qurmaq və beləliklə də dövlətimizin davamlı iqtisadi inkişafını və cəmiyyətin yüksək rifahını təmin etmək missiyası hədəfləmiş oluruq. Bu hədəfə çatmaq üçün dövlətimizin başçısı böyük uzaqgörənliklə “qara qızılın insan kapitalına çevrilməsi" konsepsiyasını irəli sürərək təhsil sahəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin hər il məqsədli şəkildə artımını təmin edib.
Bu fikirləri açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib. O bildirib ki, İlham Əliyevin Azərbaycana prezidentliyi dövründə - 2003-cü ildən bugünədək 3500-dən çox yeni məktəb tikilib və ya əsaslı təmir olunub. Yeni təhsil müəssisələrinin inşası, əsaslı təmiri, müasir avadanlıqlarla, laboratoriyalarla təchizi istiqamətində görülən işlər hazırda da davam etdirilir. Hazırda hər il orta hesabla yüzədək məktəb binası inşa olunur. Azərbaycanın ən ucqar kəndlərində, hətta sovet dövründə məktəb olmayan kəndlərdə belə müasir standartlara cavab verən məktəblər inşa edilib və ya modul tipli məktəb quraşdırılıb: “Mən dünyanın qabaqcıl ölkələrində, o ölkələrin məktəblərində olmuşam. Gördüklərim bir daha təsdiq edib ki, Azərbaycan məktəbləri dünyanın qabaqcıl ölkələrinin məktəbləri səviyyəsindədir. Finlandiya dünyada öz təhsil sisteminə görə öndə gedir. Ancaq Finlandiya məktəbləri ilə Azərbaycan məktəblərini infrastruktur cəhətdən müqayisə etsək əminliklə deyə bilərik ki, Azərbaycan məktəbləri heç də geri qalmır”. Bu nailiyyətlərin əldə edilməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı, “Təhsilə dəstək”, ümumiyyətlə dövlət maraqları baxımından əhəmiyyətə malik bir sıra layihələr də mühüm əhəmiyyət kəsb edir. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında zəruri avadanlıq və ləvazimatlarla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilib. Ümumilikdə 2003-2021-ci illər ərzində Fond tərəfindən 3400-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib ki, bu da bütün məktəblərin 76 faizini təşkil edir.
İlqar Orucov vurğulayıb ki, Azərbaycan təhsilinə, məktəbinə göstərilən qayğı nəticəsində bu gün təhsil alan gənclərin səsi dünyanın nüfuzlu ali təhsil müəssisələrindən, elmi mərkəzlərindən gəlir. Onlar dünyanın transmilli korporasiyalarında təmsil olunurlar. Həmin gənclər Azərbaycanını simasıdır və bu simanın formalaşmasında məktəblərin rolu, dövlətimizin siyasi rəhbərliyinin təhsil sektoruna ardıcıl qayğısı danılmazdır.
“2003-cü ildən dövlətimizə rəhbərliyi dövründə Prezident İlham Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətə nəzər saldıq. Bu həssas münasibət ölkəmizin uğurlu inkişafında təhsilin rolunu və yerini düzgün müəyyənləşdirməkdən irəli gəlir. Ümummilli lider Heydər Əliyevin iradəsi və imzası ilə əsası qoyulan nəhəng layihələri Pezident İlham Əliyev uğurla davam etdirərək bütün sahələri, həmçinin təhsil sektorunu inkişaf etdirməkdədir. Prezident hər zaman təhsil işçiləri ilə görüşdə şagirdlərin tərbiyəsinə xüsusi yer verilməsini, milli dəyərlərə, vətənə, xalqa, torpağa bağlı ruhda yeni nəslin formalaşmasını tövsiyə edir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezident seçildiyi illərdə orta məktəblərdə oxuyan, təhsil və milli ruhda tərbiyə alan həmin o nəsil məhz onun rəhbərliyi ilə misilsiz igidlik nümunələri göstərərək vətən, dövlət və xalq naminə qanlarından və canlarından keçməklə 30 illik işğala son qoydular. 2003-cü ildən etibarən Prezident İlham Əliyev ardıcıl və yorulmaz fəaliyyəti ilə ölkəmizi bütün sahələrdə, o cümlədən təhsil sahəsində də böyük zəfərə doğru apardı”, – deyə İlqar Orucov qeyd edib.

Bu xəbər oxucular tərəfindən 1959 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |