Şrift:
Güləşçilər Xaçmazda Avropa çempionatına hazırlaşırlar
04.05.2022 [10:45] - Gündəm, İdman
Azərbaycanın sərbəst güləş üzrə U-17 yığma komandası aprelin 25-dən Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçir.

İyunda Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək U-17 Avropa çempionatına hazırlıq xarakteri daşıyan təlim-məşq mayın 6-dək davam edəcək.

Güləşçilər təlim-məşq toplanışında böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi ilə həm fiziki, həm də taktiki-texniki hazırlıqlarını artırırlar.

Böyük məşqçi Əsgərxan Novruzov bildirib ki, komandamız Avropa çempionatında tam heyətlə, yəni 10 çəki dərəcəsində təmsil olunacaq.

Komandanı Avropa çempionatından əvvəl daha bir sınaq gözləyir. Güləşçilərimizin mayın 9-dan 11-dək Türkiyənin Antalya şəhərində təşkil olunacaq “Victory cup” turnirində iştirakı da nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 1887 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed