Şrift:
Beynəlxalq Muğam Mərkəzində konsert - “Yunus Əmrə aşıqları”
06.05.2022 [09:05] - Gündəm, Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun “Qorqud” folklor ansamblının təşkilatçılığı, Bakıdakı Yunus Əmrə İnstitutu və Dünya Musiqisinin İncisi Muğam Ansamblının dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzində “Yunus Əmrə aşıqları” adlı konsert proqramı təqdim edilib.

Tədbirdə çıxış edən AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov və Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Selçuk Karakılıç görkəmli mütəfəkkir Yunus Əmrənin həyat və yaradıcılığından söz açıblar.

Sonra Yunus Əmrənin həyat və yaradıcılığına həsr edilmiş qısametrajlı film nümayiş olunub.

Konsert çərçivəsində Yunus Əmrənin şeirlərinə bəstələnmiş mahnılar ifa edilib, ibrətamiz sözlər və şeirlər səsləndirilib.
Bu xəbər oxucular tərəfindən 2190 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed