Şrift:
Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır
06.05.2022 [09:10] - Gündəm, Sosial
Azərbaycanın müasir tarixinin bütöv bir qərinəsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildən başlayaraq 30 ildən artıq bir dövrü əhatə edən və “Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” kimi qiymətləndirilən bu dövrdə Ulu Öndər tərəfindən görülən böyük işlərin nəticəsidir ki, bu gün xalqımız demokratik və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə edib, respublikamız siyasi və iqtisadi müstəqilliyə nail olub.

Bu fikirlər Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Ağcabədi Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş konfransda səsləndirilib.

Tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Rövşən Bayramov və Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov çıxış edərək, böyük siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən, sovet Azərbaycanına rəhbərliyi zamanı respublikamızın hərtərəfli tərəqqisi və nüfuzunun qaldırılmasında gördüyü işlərdən, ikinci dəfə siyasi hakimiyyətə qayıdışından, ölkəmizdə siyasi sabitliyin və iqtisadi inkişafın bərqərar olmasında xidmətlərindən danışıblar.

Çıxışlarda ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.
Bu xəbər oxucular tərəfindən 1973 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed