Şrift:
UEFA Konfrans Liqası: "Roma" və "Feyenoord" finala yüksəlib
06.05.2022 [09:13] - Gündəm, İdman
Mayın 5-də Futbol üzrə UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirilib.

Bununla finala vəsiqə qazanan komandalar bəlli olub.

Turnirin favoritlərindən "Roma" İtaliyada İngiltərənin "Lester Siti" klubun minimal hesabla məğlub edib. Yeganə qolu 11-ci dəqiqədə Temmi Abraham vurub. Lesterdəki ilk qarşılaşmada heç-heçə qeydə alındığından, "canavarlar" iki oyunun nəticəsinə əsasən mərhələ adlayıblar.

Digər cavab oyununda isə Niderlandın "Feyenoord" klubu Fransada "Marsel"lə üz-üzə gəlib. İlk görüşdə 3:2 hesablı qələbə qazanan Rotterdam təmsilçisi səfərdə qolsuz heç-heçəyə nail olaraq, finala yüksəlib.

"Marsel" turnirin pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdırıb.
Bu xəbər oxucular tərəfindən 1691 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed