Şrift:
Rusiya “Yaraq-Qazmalar” avtomobil buraxılış məntəqəsinin fəaliyyətini təkmilləşdiri
06.05.2022 [09:15] - Gündəm, İqtisadiyyat
Rusiyanın Baş naziri Mixail Mişustin sərhəd-buraxılış məntəqələrinin işinin təkmilləşdirilməsi barədə sənədlər imzalayıb.

M.Mişustinin imzaladığı qərara görə, dövlət sərhədi vasitəsilə bir sıra buraxılış məntəqələri məhsulların yoxlanılması üçün əlavə yerlərlə təchiz olunur. Bu, yük axınını artıracaq və zəruri məhsulların idxalını sürətləndirməyə şərait yaradacaq.

Sənədə əsasən, buraxılış məntəqələri siyahısına Türkiyədən məhsulların gətirildiyi Qafqaz dəniz buraxılış məntəqəsi, Rusiya-Gürcüstan sərhədində yerləşən “Yaraq-Qazmalar” avtomobil buraxılış məntəqəsi, həmçinin Azərbaycan, Gürcüstan, İran və Türkiyədən tədarüklərin gətirildiyi Rusiya-Gürcüstan sərhədində yerləşən Yuxarı Lars avtomobil buraxılış məntəqəsi daxildir.

RF hökumət başçısının digər sərəncamında isə Rusiya buraxılış məntəqələrinin modernləşdirilməsinin sürətləndirilməsi və onların buraxılış qabiliyyətinin artırılması nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 2250 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed