Şrift:
İtaliyada koronavirusa yoluxma və ölüm halları azalır
06.05.2022 [09:16] - Gündəm, Sağlıq
Son həftələrdə İtaliyada COVID-19 infeksiyasına sutkalıq yoluxma və ölüm hallarında azalma müşahidə olunur.

“Gimbe” Fondunun məlumatına görə, 27 aprel-3 may tarixlərini əhatə edən həftə ərzində ölkədə koronavirusa yoluxma 8,9 faiz, ölüm isə 7 faiz azalıb. Xəstəxanaya müraciətlərdə 6,1 faiz, reanimasiya yerləşdirilmədə 10,5 faiz azalma qeydə alınıb.

Qeyd edək ki, bu vaxtadək COVID-19-a 16 milyon 682 min 626 yoluxma faktının qeydə alındığı İtaliyada 164 min 179 nəfər virusun qurbanı olub. Hazırda ölkədə 1 milyon 165 min 124 aktiv koronavirus xəstəsi var ki, onlardan 369-u reanimasiya şöbəsindədir. İndiyədək 15 milyon 353 min 323 nəfər isə COVID-19 infeksiyasından müalicə olunaraq sağalıb.
Bu xəbər oxucular tərəfindən 4860 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed