Şrift:
Fərəc Quliyev:Dalaşmazdan əvvəl danışmaq lazımdır
20.05.2022 [15:49] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“İstənilən ölkədə barış, birgə olmaq əhəmiyyətlidir. Xüsusən də bizim kimi həssas regionda ölkə daxilində əlaqələrin yaxşı olması vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirib.

Onun sözlərinə görə, ölkəmiz Ermənistanla müharibə şəraiti hələ tam bitməyib. Qarabağla bağlı hələ də sülh müqaviləsi imzalanmayıb. Orada revanşist çağırışlar da var. Belə məqamda ölkə daxilində birliyin olması vacibdir.
Dövlətiçilik məsələsində iqtidar müxalifət bir olmalıdır. Çünki Qarabağ kimi vacib məsələlər təkcə hakimiyyətdə olan partiyanın problemi deyil. Bütün vətəndaşların, hətta siyasətdən başı çıxmayanların belə problemidir. Daxili gücü toparlamaq böyük şərtdir.

Bizim ölkəmizdə də bu birlik təmin olunur. Lazım gəldiyi təqdirdə partiyalar birgə müzakirələr, təşəbbüslər irəli sürə bilirlər.

Bütün ölkələrdə islahatlar, kamilləşmə gedir. Lakin dalaşmazdan əvvəl danışmaq lazımdır. Buna görə də düşünürəm ki, hakimiyyət tərəfindən atılan bu addımlar olduqca önəmlidir”.

Səbinə Hüseynli/sia.az
Bu xəbər oxucular tərəfindən 1288 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed