Şrift:
Səudiyyə Ərəbistanında meymunçiçəyi virusuna ilk yoluxma qeydə alınıb
15.07.2022 [05:58] - Gündəm, Sağlıq
Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi paytaxt Ər-Riyadda meymunçiçəyi virusuna ilk yoluxma halının qeydə alındığı barədə məlumat yayıb.

Rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, virusa yoluxan şəxs krallığa xarici ölkədən qayıdıb. Nazirlik bildirib ki, pasiyent xəstəxanaya yerləşdirilib və onunla təmasda olmuş şəxslərdən götürülən testlər neqativ çıxıb. Eyni zamanda, ölkə ərazisində meymunçiçəyi virusu ilə bağlı monitorinq aparılır və onun nəticələri şəffaf şəkildə ictimaiyyətə çatdırılır.

Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi səyahətdən qayıdan və meymunçiçəyi virusunun ilkin əlamətlərindən şübhələnən şəxslər üçün mətbuat vasitəsilə əlaqə nömrələrini elan edib.
Bu xəbər oxucular tərəfindən 3481 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed