Şrift:
"Putinin İrana səfəri Rusiyanın təcrid olunmasının əlamətidir"-Ağ Ev
20.07.2022 [06:46] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Rusiya prezidentinin İrana səfərini şərh edən Kerbi deyib ki, Vladimir Putinin İrana səfəri Ukraynaya hərbi hücumdan sonra Rusiyanın təcrid vəziyyətində olduğunu göstərir.

"Bu səfərlə bağlı üç fikrim var. Birincisi, bu, Putinin və yardım üçün İrana üz tutmaq məcburiyyətində qalan Rusiyanın təcridinin miqyasını göstərir.

İkinci, Rusiya müdafiə sənayesi çətinliklərlə üzləşir və Ukraynadakı müharibənin tələbatını ödəyə bilmir. Digər məqam isə ondan ibarətdir ki, bu səfər Putinin Ukraynadakı müharibəni bitirmək niyyətində olmadığını və Zelenski ilə razılığa gəlmək üçün xoş niyyətlə danışıqlara başlamaq istəmədiyini göstərir"-deyə, Con Kerbi bildirib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü ukraynalıları öldürmək üçün Vladimir Putinin İrandan pilotsuz təyyarə almaq istədiyini qeyd edib.

Qeyd edək ki, iyulun 19-da Tehrana çatan Rusiya prezidentini Mehrabad hava limanında İranın neft naziri Cavad Oci qarşılayıb, sonra o, İran prezidenti, daha sonra isə İranın rəhbəri ilə görüşüb.

Bu, Vladimir Putinlə İranın ali rəhbəri Əli Xameneyi arasında baş tutan beşinci görüşdür.
Bu xəbər oxucular tərəfindən 15941 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed