Şrift:
Urmu zindanında 12 qadın edam cəzasını gözləyir
27.07.2022 [10:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu qadınların hamısı adam öldürməkdə ittiham olunaraq edam cəzasına məhkum ediliblər.

Məhəbbət Mahmusi, Zahra Fərhadi, Pərisa Mradi, Niştman Məhəmmədi, Gülzar əhmədiyan, Fəranək Beheşti, Süheyla Nemətzadə, Mojqan Abdullahi, Zeynəb Xalid, Mojqan Azərpişe, Təhminə Daneş və Ziba (soyadını dəqiqləşdirmək mümkün olmadı) adlı məhkumların hamısı Qərbi Azərbaycan əyalətinin Urmu, Xoy, Qoşaçay, Sərdəşt, Tikantəpə və Bukan şəhərlərindəndirlər.

Verilən məlumata görə, Fəranək Beheşti edam cəzasının həyata keçirilməsinə hazırlıq üçün iyulun 26-ı gecə saatlarında təkadamlıq kameraya köçürülüb.

Onun bu gün, 27 iyulda edam ediləcəyi gözlənilsə də, cəzanın baş tutub-tutmadığı barədə məlumat əldə etmək mümkün olmayıb.
Bu xəbər oxucular tərəfindən 682 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed