Şrift:
Şərqi Azərbaycan valisi Ermənistana səfər edib
01.09.2022 [08:10] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
"Bu səfər əyalətin sərhəd imkanlarından istifadə edərək beynəlxalq əlaqələrin inkişafı istiqamətində və hökumətin bununla bağlı sərhədyanı əyalətlərə verdiyi səlahiyyətlər əsasında həyata keçirilir"-deyə, Vali İrəvana yola düşməmişdən qabaq Təbrizin "Mədəni" hava limanında jurnalistlərə müsahibəsində bildirib.

O, gömrük və nəqliyyat məsələlərinin müzakirəsi, iki ölkənin sərhədində ortaq ticarət və İran və Ermənistan arasında ortaq texnologiya şəhərciyinin yaradılmasına nail olmaq üçün bu ölkəyə səfər etdiyini deyib.

Şərqi Azərbaycan valisi səfər çərçivəsində Ermənistanın iqtisadiyyat, ekologiya, infrastruktur nazirləri və başqa bir neçə rəsmi şəxslə görüşəcəyini qeyd edib.

Qeyd edək ki, Zeynəlabdin Rəzəvi Xurrəm bundan öncə yanvarın 24-də Azərbaycan Respublikasına səfər etmişdi.
Bu xəbər oxucular tərəfindən 14519 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed