06.09.2022 [07:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda “milli təhlükəsizlik” mövzusunda aparılan araşdırma narazılıq və etirazların artdığını üzə çıxarıb
Qurum İslam Respublikası hakimiyyətinə xəbərdarlıq edib ki, yenidən genişmiqyaslı etirazlar baş verərsə, hər dörd iranlıdan üçü bu etirazlarda iştirak edəcək.
İran İslam Respublikasının Milli Müdafiə və Strateji Araşdırmalar Universiteti və Ali Tədqiqat İnstitutunun rüblük jurnalında dərc olunan bu araşdırmada 2017-cı ilin yanvarında, 2018-ci ilin noyabrında baş verən etirazlara və ölkənin hazırkı durumuna nəzər salınıb.
İqtisadi böhranın davam etməsi, ədalətsizlik və bərabərsizlik hisslərinin kəskin artması ilə İran cəmiyyətində etirazlar yenidən təşkil olunarsa, xalqın yalnız 25%-i buna passiv yanaşacaq və xalqın 75%-ə yaxını etirazlarda iştirak edəcək.
Bu araşdırmanın nəticələrinə görə, ölkənin mövcud durumundan, xüsusən də iqtisadi, siyasi, sosial və mədəni ölçülərdə narazılıq səviyyəsi yüksəkdir və insanların ən azı 76%-i müxtəlif sahələrdə ədalətsizlik və sosial bərabərsizlik hiss edir.
Bu araşdırmanı aparmaq üçün statistik əhalisinin “63,8 faizi fars, 17,5 faizi türk, 6 faizi lor, 6,3 faizi kürd, 5,6 faizi gilək, 0,4% mazəni, 0,4 faizi türkmənlərdən ibarət olan Tehran əyalətində sorğu keçirilib.
Bu araşdırmaya görə, insanların 67,2 faizi “nisbi məhrumiyyət hissini” “yüksək səviyyədə” yaşadıqlarını vurğulayır.
Bu araşdırma İslam Respublikasının hakimiyyət orqanlarına xəbərdarlıq edib ki, narazılığı azaltmaq və yayılmasının qarşısını almaq üçün “siyasi idarəçilik” və “sosial ədaləti” ən azı “inzibati və təşkilati qaydalar" vasitəsilə həyata keçirsinlər.
Araşdırma İslam Respublikası rəsmilərinə xəbərdarlıq edib ki, riskli vəziyyətdə İran cəmiyyətinin kütləvi, qeyri-mütəşəkkil, gözlənilməz, şiddətli və lidersiz üsyan təhlükəsi realdır.

Bu xəbər oxucular tərəfindən 14451 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |