Şrift:
İranda köçəri xalqların çadırları günəş paneli ilə təmin ediləcək
08.09.2022 [07:40] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qarşıdakı 2 il ərzində İranın dağlıq ərazilərində yaşayan köçəri tayfaların çadırları günəş paneli vasitəsilə elektrik enerjisi ilə təmin olunacaq.

Bu barədə İranın Köçəri Xalqalarla İş üzrə Dövlət Agentliyinin rəhbəri Abbas Papizadə məlumat verib. O bildirib ki, köçəri xalqların siyahıya alınması məsələsi həll olunduqdan sonra çadırların sayı müəyyənləşəcək. Bundan sonra hər çadır günəş paneli və əlavə cihazlarla təmin ediləcək.

Qeyd edək ki, köçəri xalqlar İranın müxtəlif bölgələrində yaşayır və ölkənin kənd təsərrüfatının inkişafında, heyvandarlıq məhsulları ilə təmin olunmasında mühüm rol olynayırlar.
Bu xəbər oxucular tərəfindən 14408 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed