22.09.2022 [07:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran rəhbərinin yaxınları onun həkim nəzarətində olduğunu bildiriblər. Xatırladaq ki, Xameneyi ötən həftə bütün görüşlərini, o cümlədən illik əsas görüşünü ləğv edib.
“Xameneyi hazırda həkimlər qrupunun nəzarəti altındadır və bütün planlarını və görüşlərini ləğv edib"-deyə, "New-york Times" adı açıqlanmayan məlumatlı mənbələrə istinadən yazıb.
Ölkə daxilindəki rəsmi və etibarlı mənbələrdən heç biri Xameneyinin bu müddət ərzində sağlıq durumu ilə bağlı xəbər dərc etməyib.
Ötən həftə onun bir qrup idmançı ilə görüşünə dair xəbər verilsə də, mətbuatda bu görüşdən şəkil və mətn yayılmayıb.
SEPAH-a bağlı media sentyabrın 17-də Xameneyinin "Ərbəin" mərasimində iştirak etdiyini iddia edib və mərasimin zamanı bəlli olmayan foto və videosunu paylaşaraq, İran rəhbərinin sağlıq durumunun yaxşı olduğunu bildirib.
Qeyd edək ki, rəhbərin sağlıq durumu ilə bağlı məlumatlarda şəffaflıq olmadığından onun hətta öldüyünə dair çoxlu söz-söhbətlər yayılıb.
Heç bir müstəqil media və ya təşkilat bununla bağlı yayılan xəbərləri təkzib etməyib.

Bu xəbər oxucular tərəfindən 18802 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |