Şrift:
Moldovanın Baş naziri: Azərbaycanla Moldova arasında yüksək səviyyədə olan münasibətlər daha da intensivləşib
11.10.2022 [06:01] - Gündəm, Hərb
Gürcüstanda “Qafqaz Qartalı-2022” adı altında xüsusi təyinatlı qüvvələrin hərbi təlimləri başlayıb.

Təlimlərdə Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin nümayəndələri iştirak edirlər.

Oktyabrın 10-da Muxrovani hərbi bazasında təlimlərin açılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycanın Gürcüstandakı səfirliyinin hərbi attaşe aparatının rəhbəri və zabitləri, eləcə də Türkiyə səfirliyinin və Gürcüstan Müdafiə Qüvvələrinin rəhbər heyəti iştirak edib.

Xatırladaq ki, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının iştirak etdiyi “Qafqaz Qartalı” adlı birgə təlimlər hər il təşkil olunur.

Xətayi Əzizov
Bu xəbər oxucular tərəfindən 1001 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed