Şrift:
Nensi Pelosi Azərbaycan diasporuna məktub ünvanayıb
01.11.2011 [10:37] - Diaspor
ABŞ Konqresində Demokratların lideri, həmçinin erməni diasporunun ən qatı dəstəkçilərindən hesab edilən Nensi Pelosi Azərbaycan diasporunun nümayəndələrinə ABŞ-ın Ermənistana göstərdiyi yardım barədə cavab məktubu ünvanlayıb. “Ermənistan və Azərbaycan arasında məsələlərlə əlaqədar öz fikrinizi bildirmək üçün mənimlə əlaqə yaratdığınıza görə təşəkkür edirəm. Bu vacib məsələləri sizdən eşitməyimi yüksək qiymətləndirirəm. Prezident Obamanın təklif etdiyi 2012-ci ilin büdcəsində Ermənistana 44.3 milyon dollar, Azərbaycana isə 21.4 milyon dollar üçün yardım nəzərdə tutulub. ABŞ-ın yardımı regional sabitlik və Ermənistan və Azərbaycan arasında hazırda da davam edən Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi istiqamətində ABŞ-ın diplomatik səylərinə əlavə olaraq nəzərdə tutulub”, deyə N. Pelosinin məktubunda bildirilir.
Bu xəbər oxucular tərəfindən 1224 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed