Şrift:
Azərbaycanın dəstəyi ilə fəaliyyət göstərən UNESCO-nun Mədəniyyətlərarası Dialoq üzrə elektron platformasının təqdimatı keçirilib
19.10.2022 [07:04] - Gündəm, Mədəniyyət
UNESCO-nun İcraiyyə Şurasının 215-ci sessiyası davam edir. Sessiya çərçivəsində UNESCO-nun Mədəniyyətlərarası Dialoq üzrə elektron platformasının təqdimatı keçirilib.
UNESCO-nun Mədəniyyətlərarası Dialoq üzrə elektron platformasının təqdimatında Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev və qurumun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos çıxış ediblər. Onlar Mədəniyyətlərarası Dialoqun vacibliyindən, sülhə, tolerantlığa töhfəsindən, eləcə də mədəni müxtəlifliyə və inklüzivliyə müsbət təsirindən, əhəmiyyətindən danışıblar.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə Bakı Prosesinin rolu xüsusi vurğulanaraq, ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi töhfələr, həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verilib.

Qeyd edilib ki, UNESCO-nun Mədəniyyətlərarası Dialoq üzrə elektron platforması Azərbaycan hökumətinin dəstəyi ilə fəaliyyət göstərir. Elektron platforma qlobal təşəbbüs olduğu üçün UNESCO-nun bütün üzv dövlətlərinə açıqdır.


Şəhla Ağalarova
Bu xəbər oxucular tərəfindən 1368 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed