Şrift:
Büdcənin investisiya xərclərinin böyük hissəsi Qarabağın yenidən qurulmasına yönəlib
21.10.2022 [07:16] - Xəbərlər, Sosial
2022-ci ilin doqquz ayında 2021-ci ilin eyni dövrünə nisbətən iqtisadi fəaliyyət xərclərinə 60,5 faiz və ya 1668,9 milyon manat çox vəsait yönəldilib.

Bu barədə Maliyyə Nazirliyindən bildirilib. Məlumata görə, investisiya xərclərinin böyük hissəsini işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və dövlət əsaslı vəsait qoyuluşu xərcləri təşkil edib.
Bu dövrdə mənzil və kommunal təsərrüfatı xərclərinə 33,2 faiz və ya 40,1 milyon manat, təhsil xərclərinə 18,9 faiz və ya 378,9 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərə 15,9 faiz və ya 219,0 milyon manat, ətraf mühitin mühafizəsi xərclərinə 15,3 faiz və ya 22,1 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 14,2 faiz və ya 35,4 milyon manat, səhiyyə xərclərinə 3,3 faiz və ya 37,0 milyon manat, sosial müdafiə və sosial təminat xərclərinə 3,1 faiz və ya 80,4 milyon manat çox vəsait yönəldilib.

Qeyd edilib ki, 2022-ci ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin xərcləri isə 7534,1 milyon manat icra olunub.
Bu xəbər oxucular tərəfindən 1755 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed