Şrift:
Azərbaycanda Qurban bayramı ilə əlaqədar heyvan və ət satışı nəzarətə götürülüb
01.11.2011 [11:41] - Gündəm
Tələblərə əməl etməyənlər cərimələnəcəklər

Dövlət Baytarlıq Xidməti (DBX) bu gündən respublikanın rayonlarında və Bakı şəhərində heyvan gətirilməsi və satışı ilə əlaqədar araşdırmalara başlayıb. Bu haqda açıqlamasında DBX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib. Onun sözlərinə görə, Qurban bayramı ilə əlaqədar baytarlıq mütəxəssisləri paytaxtın girişində - Lökbatan, Xırdalan dairələri, Şamaxı və Dərnəgül yollarında Bakıya gətirilən heyvanların sənədlərini araşdıracaqlar: “Bakı şəhərində qoyun, eləcə də ət satılan 14 məntəqədə mütəxəssislər baytarlıq-sanitariya tələblərinə əməl olunması qaydalarını yoxlayacaqlar. Məqsəd bu tələblərə cavab verməyən, ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda ət kəsimi və satışının qarşısını almaqdır. Əhali əmin olmalıdır ki, aldığı heyvan sağlam, ət keyfiyyətlidir”.

Y. Xanvəli qayda pozuntuları ilə bağlı cərimələrin də tətbiq olunacağını bildirib. O deyib ki, ayrılmış xüsusi yerlərdən kənarlarda heyvan və ət satışı ilə məşğul olan fiziki şəxslər 25, hüquqi şəxslər 100-125, vəzifəli şəxslər isə 40-60 manat arasında cərimə olunacaqlar.
Bu xəbər oxucular tərəfindən 1089 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed