Şrift:
Türkiyə və ABŞ-ın Baş Qərargah rəisləri İstanbuldakı partlayışı müzakirə ediblər
15.11.2022 [10:56] - Gündəm, Siyasət
Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler ilə ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli arasında telefon danışığı baş tutub.

Bunu ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sözçüsü, polkovnik Deyv Batler bildirib.

“ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli bu gün İstanbulda baş verən son terror aktını Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler ​​ilə müzakirə edib və ikitərəfli hərbi əlaqələrimizin möhkəmliyini bir daha təsdiqləyib”- deyə, o bildirib.
Bu xəbər oxucular tərəfindən 249 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed