Şrift:
Norveç Ukraynanı dəstəkləmək məqsədilə xüsusi NATO fondunaNorveç Ukraynanı dəstəkləmək məqsədilə xüsusi NATO fonduna 30 milyon dollar ayırır 30 milyon dollar ayırır
16.11.2022 [12:41] - Gündəm, Siyasət
Norveç Ukraynanı dəstəkləmək məqsədilə, xüsusi NATO fonduna 300 milyon NOK (indiki məzənnə ilə 30 milyon dollardan çox) vəsait ayırıb.

Beləliklə, Norveç hökuməti Ukraynaya yardım üçün növbəti maliyyə paketini açıqlayıb.

Məsələ ilə bağlı çıxış edən krallığın müdafiə naziri Byorn Arild Qram deyib: “Bu ianə beynəlxalq hüququ pozan Rusiyanın hərbi hücumlarına qarşı Ukraynanın özünü müdafiə etməsinə kömək edir. Biz birlikdə Ukraynaya həm hərbi, həm də mülki olaraq özünü müdafiə etmək üçün lazım olan hər şeyi təqdim etməliyik”.

Vəsait NATO-nun Hərtərəfli Yardım Paketi adlanan xüsusi fonduna keçiriləcək. Bu fond NATO-ya müxtəlif üzv dövlətlərin Ukraynaya dəstək üçün töhfələrini birləşdirir. Proqrama həm demokratik nəzarət, şəffaflıq və korrupsiyaya qarşı mübarizə tədbirləri, həm də sanitariya, dronlarla mübarizə və uniformalarla təchizat, avadanlıq təminatı ilə bağlı maddi dəstək daxildir.

300 milyon norveç kronu məbləğində yeni ianə paketi Norveçi proqramın donorları siyahısında birinci yerdə yerləşdirəcək. Vəsaitlər, ilk növbədə NATO Hərtərəfli Yardım Paketi və Böyük Britaniyanın rəhbərlik etdiyi Ukraynaya Beynəlxalq Yardım Fondu kimi beynəlxalq maliyyə mexanizmləri vasitəsilə Ukrayna qüvvələri üçün hərbi texnika və təlimlərə yönəldiləcək.

Qeyd edək ki, bundan əvvəl Norveç parlamenti hökumətin tövsiyəsinə uyğun olaraq 2022-ci ildə Ukraynaya hərbi dəstək üçün 3 milyard Norveç kronu (300 milyon dollardan çox) vəsait ayırmışdı. Norveç Böyük Britaniyanın rəhbərlik etdiyi Beynəlxalq Yardım Fonduna təxminən 1,5 milyard NOK (150 milyon dollardan çox) ianə etməyi öhdəsinə götürüb.

Rauf Əliyev
Bu xəbər oxucular tərəfindən 215 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed