Şrift:
2023-cü ilin dövlət büdcəsində həm səhiyyəyə, həm də icbari tibbi sığortaya ayrılan vəsait artırılır
17.11.2022 [11:59] - Gündəm, Sağlıq
2023-cü ilin dövlət büdcəsində həm səhiyyəyə, həm də icbari tibbi sığortaya ayrılan vəsait artırılır. Bu, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini yüksəldəcək.

Bunu Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov noyabrın 17-də parlamentin plenar iclasında büdcə müzakirələri zaman deyib.

Ə.Əmiraslanov bildirib ki, ötən iclaslarda bəzi tibbi müəssiələrdə avadanlıqların köhnəlməsi məsələsini qaldırmışdıq.

“Artıq avadanlıqların köhnəlməsi məsələsi öz həllini tapmaqdadır”, - deyə Ə.Əmiraslanov deyib.

O əlavə edib ki, icbari tibbi sığorta uğurla həyata keçirilir.

“Ancaq bir qrup xəstəliklər var ki, icbari tibbi sığorta ilə əhatə edilməyib. Xüsusilə də ankoloji xəstəliklər buna aiddi. Bu gün icbari tibbi sığortanın imkanları genişlənib və bu imkan verir ki, ankoloji xəstəliklər də icbari tibbi sığortaya daxil edilsin”, - deyə Ə.Əmiraslanov bildirib.

Qeyd edək ki, gələn il səhiyyəyə 1 906 389 453,0 manat vəsait ayrılması proqnozlaşdırılır. Poliklinikalar və ambulatoriyalar üçün 1 802 885,0 manat, xəstəxanalar üçün 171 384 285,0 manat ayrılması nəzərdə tutulur. Gələn il tibbi sığorta fonduna 1 263 820 170,0 manat vəsait ayrılması proqnozlaşdırılır.

Xatırladaq ki, 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.
Bu xəbər oxucular tərəfindən 1891 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed