Şrift:
Rusiya ABŞ-la START müqaviləsini müzakirə etməyəcək
30.11.2022 [13:05] - Gündəm, Siyasət
ABŞ Ukraynaya silah və hərbi texnika tədarük etdiyi müddətdə Rusiya Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsini (START) müzakirə etmək niyyətində deyil.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə açıqlamasında deyib.

“Siz qarşılıqlı təhlükəsizlik məsələlərini dövlətlə, siyasi sistemlə, münaqişələri daha da böyük səviyyədə qızışdıran, nəticələri planetin hər tərəfinə təsir edən rejimlə müzakirə edə bilməzsiniz. Bu gün reallıq elədir ki, bütün bunlar təhlükəsizliyi məhv edənlərlə təhlükəsizlik məsələləri üzrə danışıqlar masasına oturmağa imkan vermir. Birləşmiş Ştatlar Rusiya Federasiyasının birbaşa iştirak etdiyi münaqişə bölgəsini daha da çox silahla təmin etmək niyyətindədir”, - deyə Zaxarova vurğulayıb.

Onun sözlərinə görə, sazişin müzakirəsi sadəcə danışıqlar prosesi deyil, bu sahədə təhlükəsizlik və qarşılıqlı təminat məsələsidir.
Rusiya XİN nümayəndəsi əlavə edib ki, Rusiya ABŞ-dan 2023-cü ildə ikitərəfli danışıqlar komissiyasının iclasının keçirilməsi üçün şərait yaratmağa “vicdanlı səylər” göstərməsini və START müqaviləsinin bütün müddəalarının tam icrasına qayıtmasını gözləyir.

Daha əvvəl Zaxarova qeyd edib ki, ABŞ Rusiyaya qarşı “yüksək dözülməzlik və düşmənçilik” nümayiş etdirir, “mümkün olan hər yerdə” ölkəyə zərər vurmağa çalışır.
Bu xəbər oxucular tərəfindən 265 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed