Şrift:
Bayden: Putin müharibəyə son qoymaq istəyirsə, onunla dialoqa hazıram
02.12.2022 [10:33] - Gündəm, Siyasət
ABŞ Prezidenti Co Bayden Ukraynada davam edən hərbi əməliyyatların dayandırılması üçün Rusiya Prezidenti Vladimir Putinlə dialoqa razı olduğunu deyib.

Bayden bunu dünən Fransa Prezidenti Emanuel Makronla Ağ Evdə keçirilmiş mətbuat konfransı zamanı deyib.
Əgər Rusiya prezidenti həqiqətən də müharibəyə son qoymaq üçün həll yolları axtarırsa, mən onunla dialoqa hazıram”, – Bayden vurğulayıb.

Fransa prezidenti də öz növbəsində qeyd edib ki, hərbi əməliyyatların dayandırılması üçün o da Vladimir Putinlə danışıqları davam etdirəcək.
Bu xəbər oxucular tərəfindən 446 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed