Şrift:
Fərəc Quliyev:Ermənistan Rusiyanın ağzı ilə danışır
14.12.2022 [14:16] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Azərbaycan Rusiyadan 10 noyabr bəyanatının 9-cu və 4-cü bəndinin icra olunmasını tələb etməlidir”.

Bu sözləri Qarabağ ətrafında dönən olaylar, Azərbaycan tərəfinin təşkil etdiyi aksiyanı və prosesin gedişini şərh edən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Fərəc Quliyev bildirib ki, Ermənistan Rusiyanın ağzı ilə danışır:

“Faktiki olaraq səsi çıxan Ermənistandır, ancaq danışan Rusiyadır. Bunu sülhməramlı adı altında olan Rusiya hərbçilərinin davranışları da göstərir. Üstəlik mədənlərin yağmalanması məsələsində Ermənistandan daha çox Rusiya tərəfinin, konkret olaraq Volkovun adı çəkilir ki, şərikli işi var. Yaxud Rusiyadan Qarabağa göndərilmiş erməni milyonçunun adı da məsələlərdə hallanır. Bütün bu oyunları Rusiya qurub.

Azərbaycan tərəfinin davranışları normaldır. Azərbaycan tərəfi yumşaq güc tətbiq etməli idi. Hazırda rəsmi Bakı baş verənlərə adekvat davranır. Azərbaycan cəmiyyətinin bu cür davranışı doğrudur. Hədəf də doğru seçilib. Sülhməramlı adı altında Rusiya hərbçiləri bütün təxribatların başında durub.

Azərbaycan Rusiyadan 10 noyabr bəyanatının 9-cu və 4-cü bəndinin icra olunmasını tələb etməlidir. Bundan əlavə Laçın dəhlizində postlarımızı qurmalıyıq.

Azərbaycan dövlətinin vizionu doğrudur”.

Səxavət Məmməd/yenicag.az
Bu xəbər oxucular tərəfindən 483 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed