Şrift:
Keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş binaların satışa çıxarılması əmlak bazarına necə təsir edəcək?
28.12.2022 [10:31] - İqtisadiyyat
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 23 yanvar 2023-ci il tarixindən keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzillərin satışına başlayacaq. Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillərin onlayn satışı həyata keçiriləcək.

Keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş binalardakı mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətlərə necə təsir edəcək?



Əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin binaları qiymətləndirərək satışa çıxarıb.

"Belə ki, mənzillər qiymətləndirilərkən ərazi üzrə qiymətlər nəzərə alınır və təklif formalaşır. Bu baxımdan da bu mənzillərin bazara çıxarılması əmlak bazarında qiymətlərə təsir etməyəcək. Ümumiyyətlə keçmiş məcburi köçkünlərə verilən evlər tələb formalaşdıracaq. Lakin say etibarı ilə ciddi dəyişikliyə gətirib çıxarmayacaq. Tədricən məcburi köçkünlərin öz yurdlarına qayıtmasından sonra onların yaşadıqları mənzillərin də bazara çıxarılacağı gözlənilir. Amma satış hansı səviyyədə olacaq və hansı nəticəni verəcək indidən söyləmək çətindir. Çünki seçilən ərazilərdə mənzillərə tələbat yüksək deyil. Belə ərazilərdə satılan mənzillərin qiymətlərinə və şərtlərinə güzəşt təyin olunmalıdır", - R.Osmanlı qeyd edib.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov dünən keçirdiyi mətbuat konfransında bildirib ki, mənzillərin qiyməti müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib.
Bu xəbər oxucular tərəfindən 900 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed