Şrift:
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Azərbaycana səfərə dəvət olunub
16.01.2023 [10:42] - Gündəm, Siyasət
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana səfərə dəvət olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də Əbu-Dabidə Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşündə onu ölkəmizə səfərə dəvət edib.

Dəvət minnətdarlıqla qəbul olunub.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirildiyi bildirilib, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Dövlətimizin başçısı Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın rəhbərliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin mühüm uğurlara imza atdığını, ciddi texnoloji nailiyyətlər əldə etdiyini deyib, bu münasibətlə təbriklərini çatdırıb.

Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan da öz növbəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətlər və qələbələr münasibətilə təbriklərini çatdırıb.
Bu xəbər oxucular tərəfindən 426 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed