Şrift:
Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul elan edib
25.01.2023 [12:01] - Hərb, Bildiriş
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) həqiqi hərbi xidmətə qəbul elan edib.

DSX-nin mətbuat mərkəzindən bildirilib ki, xidmətdə həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar Dövlət Sərhəd Xidmətinə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

• Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;

• 30 yaşı keçməməli;

• Fiziki cəhətdən sağlam olmalıdırlar.

Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.

Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi 30. Əlaqə nömrəsi:012-498–01–59.
Bu xəbər oxucular tərəfindən 1428 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed