Şrift:
Futbol üzrə dünya və Avropa çempionatlarının formatı dəyişib
26.01.2023 [10:22] - Gündəm, İdman
UEFA Millətlər Liqası, futbol üzrə Avropa və dünya çempionatlarının seçmə mərhələlərinin formatında dəyişiklik edilib.

Bu barədə qərar UEFA-nın İcraiyyə Komitəsinin yanvarın 25-də keçirilən iclasında verilib.

Dəyişikliyə əsasən, Avropa və dünya çempionatlarının seçmə mərhələlərində dörd və ya beş komandadan ibarət 12 qrup olacaq. Qrup qalibləri növbəti mərhələyə birbaşa vəsiqə qazanacaqlar. İkinci yeri tutan komandalar isə ya birbaşa, ya da pley-off mərhələsi matçlarından sonra növbəti raunda yüksələcəklər.

UEFA Millətlər Liqasında isə "dördlər finalı"ndan əvvəl pley-off oyunları keçiriləcək. A Liqasında qrup qalibləri ilə ikincilər bir-biriləri ilə iki mərhələdən ibarət oyun keçirəcəklər. Qaliblər "dördlər finalı"na yüksələcək.

Bundan başqa, A Liqasında qrupu üçüncü bitirənlər B Liqasında qrup ikinciləri, B Liqasında üçüncü olanlar isə C Liqasının ikinciləri ilə aşağı düşməmək və ya yuxarı liqaya qalxmaq üçün oyunlar keçirəcəklər.

Yeni qaydalar 2024-cü il Avropa çempionatının final mərhələsindən sonra tətbiq ediləcək.
Bu xəbər oxucular tərəfindən 510 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed