Şrift:
Fərəc Quliyev:İran səfirliyimizə hücum edəcəyi barədə anonslar yaymışdı
30.01.2023 [11:35] - Xəbərlər, Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Tehranda Azərbaycan səfirliyinə basqın edən, bu hadisəni törədən İrandır. Bu cür hadisənin olacağının da anonsu verilmişdi”.

Bu sözləri Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Musavat.com-a açıqlamasında bildirib. Partiya sədri qeyd edib ki, artıq bir müddət idi ki, sosial şəbəkələrdə bu cür informasiyalar yayılırdı:

“İranın rəsmi nümayəndələri də deyirdi ki, Naxçıvandan gələn tırları yandıracağıq, səfirliyə hücum edəcəyik və sairə. Yəni belə anonslar var idi”.

Fərəc Quliyev baş verən hadisənin birmənalı şəkildə İran molla rejimi tərəfindən təşkil olunduğunu deyib:

“Bu hadisənin arxasında digər hadisələri də gözləməliyik. Beləliklə, biz artıq onlarla bir savaş mərhələsində olan müddətdəyik. Səfirliyimizə hücum etmək Azərbaycan ərazisinə hücum etmək deməkdir. Çünki səfirlik ölkənin kiçik bir ərazisi hesab olunur”.

Partiya sədri səfirliyimizə hücum hadisəsində erməni “əli”nin olması ehtimalından da danışıb:

“İran dövlətinin borcu idi ki, Azərbaycan səfirliyini yüksək səviyyədə qorusun. Guya erməninin qarşını ala bilmirlər, bundan xəbərləri yoxdur? “Bu hadisəni erməni törədib” söhbətinin heç bir əsası yoxdur”.

Xalidə Gəray/Musavat.com
Bu xəbər oxucular tərəfindən 473 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed